“İnter” hücumçusunu “Atletiko”ya satır – razılıq əldə olunub
“İnter”in sabiq futbolçusu Nikola Ventola Lautaro Martinesin yeni ünvanını açıqlayıb.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Ventola, argentinalı hücumçunun “Atletiko”ya keçəcəyini bildirib:
“İndi “bomba”nı partladıram. Martines “Atletiko”da oynayacaq. Artıq “İnter”lə “Atletiko” razılığa gəlib. “Atletiko” onun üçün çox pul ödəyəcək”.
Martines bu mövsüm “İnter”lə 46 oyunda 18 qol vurub, 9 məhsuldar ötürmə edib. 2018-ci ildən “neradzurra”da çıxış edən hücumçunun “transfermarkt”da dəyəri 70 milyon avrodur.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin