“İnzaqi “İnter”i sıfırdan qurmalı olacaq”
“İnter”in sabiq futbolçusu Ernan Krespo açıqlama verib.
Komanda.az xəbər verir ki, Krespo, “İnter”in yeni baş məşqçisi Simone İnzaqinin komandanı sıfırdan qurmalı olacağını deyib:
“Əşrəf Hakimi və Romelu Lukakunun ayrılması İnzaqinin işini çətinə salır. İnzaqi “İnter”i sıfırdan qurmalı olacaq. Məncə, yeni mövsümdə skudettonun favoriti “Yuventus”dur”.
Hakimi PSJ ilə müqavilə imzalayıb, Lukakunun isə “Çelsi” ilə anlaşdığı iddia olunur.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin