“İnter”in qapıçısında koronavirus aşkarlandı
İtaliyanın “İnter” klubunun qapıçısı Samir Handanoviçdə koronavirus aşkarlanıb.
Komanda.az xəbər verir ki, bu barədə Milan təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Sloveniyalı qapıçının ötən gün səhər verdiyi testin nəticəsi müsbət çıxıb. Bu üzdən də təcrübəli qolkiper ev şəraitində karantinə alınıb.
36 yaşlı qolkiper martın 20-də A Seriyasının 28-ci turu çərçivəsində baş tutacaq “Sassuolo” ilə ev oyununda komandasına kömək edə bilməyəcək.
Qeyd edək ki, Samir Handanoviç bu mövsüm “İnter”in heyətində A Seriyasında 27 oyun keçirib. Sloveniya yığmasının üzvü 2012-ci ildən bu klubun uğurları üçün çalışır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin