“İnter”in qapıçısına İngiltərədən 2 “elçi”

“İnter”in qapıçısı Andre Onana İngiltərə klublarının diqqətini çəkib.

Komanda.az “La Gazzetta dello Sport”-a istinadən xəbər verir ki, Milan klubu hazırda futbolçusu üçün rəsmi təklif almadığını deyib.

“Çelsi”nin skautları UEFA Çempionlar Liqasının 1/8 finalının “İnter” – “Portu” qarşılaşmasında (1:0; 0:0) kamerunlu oyunçunun çıxışını izləyiblər. Qolkiperlə İngiltərənin digər təmsilçisi “Mançester Yunayted” də maraqlanır.

Onana ötən ilin yayından “İnter”in formasını geyinir. O, cari mövsümdə İtaliya klubunun heyətində 28 oyuna çıxıb, 23 qol buraxıb və 14 dəfə qapısını toxunulmaz saxlayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button