“İnter”in PSJ-yə cavabı məlum oldu
PSJ-nin Mauro İkardi üçün “İnter”ə 50 milyon avroluq (+10 milyon bonus) təklif göndərdiyini xəbər vermişdik.
Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, “neradzurra” parislilərin bu təklifindən imtina edəcək. Argentinalı futbolçunun transferindən 70 milyon avro qazanmağı hədəfləyən “İnter” 20 milyonluq endirimlə razılaşmır. “İnter” təzminat qiymətini azaltmaq haqqında düşünsə də, bu endirim PSJ-nin təklif etdiyi məbləğ qədər az olmayacaq.
Keçən ilin yayından icarə əsasında PSJ-də çıxış edən İkardinin “İnter”lə müqaviləsi 2022-ci ilin iyununda başa çatır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin