
“İnter”in prezidenti Vlahoviçlə əlaqə saxlayıb
“Yuventus”un hücumçusu Duşan Vlahoviç gələcəkdə “İnter”ə keçə bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Milan klubunun rəhbəri Cüzeppe Marotta serbiyalı forvard və onun nümayəndələri ilə əlaqə saxlayıb. Müzakirələr oyunçunun gələn yay azad agent kimi keçidi ilə bağlı aparılıb.
Vlahoviç yay transfer pəncərəsində “Yuventus”dan ayrılmasa da, onun Turin klubu ilə müqaviləsinin müddəti gələn il başa çatacaq. Bu səbəbdən, “İnter” və digər iddiaçı klublar üçün sərfəli imkan yarana bilər.
Maliyyə şərtlərinin razılaşdırılması çətin olsa da, vəziyyət Milan klubunun maraq göstərdiyi ssenaridən daha əlverişlidir.
25 yaşlı hücumçu cari mövsümdə A Seriyasının ilk iki turunda meydana sonradan daxil olaraq, hər oyunda bir qol vurub.
Bizi Facebook-da izləyin



