“İnter”in prezidenti “Qarabağ”ın rəqibini əsas favorit sayır

“İnter”in prezidenti Cüzeppe Marotta cari mövsümdə A Seriyasının çempionluğuna kimləri əsas namizəd hesab etdiyini açıqlayıb.

Komanda.az “Sky Sport”-a istinadən xəbər verir ki, o, “Qarabağ”ın UEFA Çempionlar Liqasında rəqibi olan “Napoli”nin adını çəkib:

“Napoli” açıq-aydın favorit olaraq qalır. Onlar mövcud çempionlardır və heyəti gücləndirmək üçün böyük sərmayə qoyublar. Ona görə də, skudetto üçün mütləq favoritlər olaraq qalırlar”.

“İnter” 4 oyundan 6 xal toplayıb və turnir cədvəlində 10-cu pillədə qərarlaşıb. Komanda bazar günü “Sassuolo”nu 2:1 hesabı ilə məğlub edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button