“İnter”in planlarında olmayan futbolçu

“Yuventus”un futbolçusu Nikolas Qonsales “İnter”in transfer planlarında yer almır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, argentinalı futbolçunun adı milanlıların hücum xəttini gücləndirmək üçün alternativ variant kimi çəkilsə də, bu iddialar həqiqəti əks etdirmir.

“İnter” rəhbərliyi 27 yaşlı oyunçunun transferini müzakirə etmir və onun namizədliyini gündəmdə saxlamır. Klub, əsas diqqətini “Atalanta”nın hücumçusu Ademola Lukmana yönəldib və bu danışıqlarda uğursuzluq olacağı təqdirdə belə, Qonsales gündəmə gəlməyəcək.

Digər tərəfdən, “Yuventus” baş məşqçi İqor Tudorun planlarına uyğun gəlməyən Qonsaleslə yayda yollarını ayırmaq niyyətindədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button