“Real” italiyalı müdafiəçi transfer edə bilər

“Real” müdafiənin mərkəzini gücləndirə bilər.

Komanda.az “Todofichajes”-ə istinadən xəbər verir ki, “kral klubu”nun diqqət mərkəzində “İnter”in italiyalı müdafiəçisi Alessandro Bastoni var. Onun bazar dəyəri 70 milyon avro qiymətləndirilir.

25 yaşlı oyunçunun Milan klubu ilə müqaviləsi 2028-ci ilin ortalarına qədərdir. O, 2017-ci ildən “İnter”də çıxış edir.

Bastoni İtaliya çempionatının cari mövsümündə 6 oyun keçirib, 1 məhsuldar ötürmə edib.

“Real” La Liqanın 9 turundan sonra 21 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button