“İnter”in futbolçusu sıradan çıxıb – Azı 3 həftə oynamayacaq

“İnter”in müdafiəçisi Federiko Dimarko komandanın qarşıdakı matçlarında oynamayacaq.

Komanda.az “Football Italia”-ya istinadən xəbər verir ki, italiyalı futbolçu əzələ zədəsi səbəbindən ən azı üç həftə yaşıl meydanlardan kənarda qalacaq.

27 yaşlı oyunçu bu yaxınlarda A Seriyasında “Napoli” ilə oyunda (1:1) zədələnib. Buna görə də o, UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin “Feyenoord”a qarşı hər iki matçını, eləcə də çempionatda “Atalanta” ilə vacib qarşılaşmanı buraxacaq. O, bundan başqa, UEFA Millətlər Liqasında Almaniya yığması ilə bu ay keçiriləcək matçda da İtaliya millisinə kömək edə bilməyəcək.

Dimarko bu mövsüm “İnter”in heyətində 34 oyunda 4 qol vurub və 7 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button