
“İnter”in məşqçisi olmaq istəyir
“İnter”in qapıçısı Samir Handanoviç Milan təmsilçisində məşqçi kimi çalışmaq istəyir.
Komanda.az “La Gazzetta Dello Sport”-a istinadən xəbər verir ki, sloveniyalı qolkiper cari mövsümün sonunda futbolçu karyerasını bitirərək, “İnter”də qapıçılar üzrə məşqçi kimi çalışmağı düşünür.
38 yaşlı Handanoviçin “İnter”lə müqaviləsi 2023-cü ilin iyununa kimi nəzərdə tutulub. O, 2012-ci ildən İtaliya klubunda çıxış edir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin