Stankoviç baş məşqçiliyə başlayır – Yeni klubu bilindi
“İnter”in keçmiş futbolçusu Deyan Stankoviçin yeni iş yeri bilinib.
Komanda.az xəbər verir ki, 41 yaşlı sabiq futbolçu “Srvena Zvezda”nı çalışdıracaq. Bu barədə İtaliyanın “Corriere dello Sport” nəşri məlumat yayıb. Xəbərdə, Stankoviçin şənbə günü yeni klubuyla rəsmi müqavilə imzalayacağı bildirilir.
“Srvena Zvezda” ilə 2,5 illik müqavilə imzalayacaq Stankoviç, mövsümə 400 min avro məvacib alacaq.
42 dəfə Serbiya millisində çıxış edən keçmiş yarımmüdafiəçi, 2004-2013-cü illər aralığında “İnter”də forma geyinib. Stankoviç 2014/15 mövsümündə “Udineze”də məşqçi kimi çalışıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin