“İnter” rəsmisindən Lukakı və Martineslə bağlı açıqlama
“İnter”in icraçı direktoru Beppe Marotta klubun transfer gündəmi ilə bağlı açıqlama verib.
Komanda.az xəbər verir ki, Marotta, argentinalı hücumçu Lautaro Martinesin klubda qalmaq istədiyini deyib:
“Lautaro burda qalmaq istədi. Ona böyük təkliflər gəldi. Başqa oyunçulara da gəldi, ancaq Lautaro qalmağı seçdi. Bu komanda daha yaxşı olmaq və daha çox titul qazanmaq istəyir.
Bir hücumçu daha istəyirik. Bazarla maraqlanır, təkliflərimizi edirik. İqtisadi baxımdan limitlərimiz var. Bu səbəblə, əlimizdə olan məhdud imkanlarla ən yaxşısını etmək istəyirik.
Romelu Lukaku getmək istədi. Ayrılmaq istəyən bir futbolçunu komandada saxlayacaq bir klub yoxdur. Bizim üçün çətin qərar idi. Ancaq bu qərarı verərkən klubun maliyyə vəziyyətini də düşündük”.
Bizi Facebook-da izləyin