
“İnter”in hücumçusu sağaldı
İtaliyanın “İnter” klubunun zədəli futbolçusu Romelu Lukaku sağalıb.
Komanda.az xəbər verir ki, bu barədə baş məşqçi Antonio Konte məlumat verib:
“Lukaku son məşqlərimizdə iştirak etdi. O, böyük ehtimalla “Atalanta” ilə oyunda meydanda olacaq”.
Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turu çərçivəsində “Şaxtyor”la oyunda (0:0) zədələnən belçikalı futbolçu, 3-cü turda “Real”la matçı (2:3) buraxmışdı.
“Atalanta” – “İnter” oyunu bu gün, saat 18:00-da başlayacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin