Lukaku “İnter”dən ayrıla bilər – Konteyə görə

“İnter”in hücumçusu Romelu Lukaku klubu tərk edə bilər.

Komanda.az xəbər verir ki, belçikalı futbolçu “İnter”də baş məşqçi postundan ayrılan Antonio Konteyə görə klubdan ayrılmaq istəyir. Bu barədə “Sky Sports” nəşri məlumat yayıb.

Lukakunun 2019-cu ildə “İnter”ə keçməsinin əsas səbəblərindən biri Kontenin baş məşqçi olması idi. 28 yaşlı hücumçunun italyan mütəxəssislə yaxşı əlaqələri var. O, Kontenin ayrılığından sonra “İnter”i tərk edə bilər.

Lukakunun “İnter”lə müqaviləsi 2024-cü ilin yayına qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button