“İnter”in hücumçusu rəsmən “Fənərbaxça”da

Bosniya və Herseqovina yığmasının hücumçusu Edin Dzekonun “Fənərbaxça”ya keçidi rəsmiləşib.

Komanda.az xəbər verir ki, İtaliyanın “İnter” klubundan azad agent kimi ayrılmış 37 yaşlı forvard Türkiyə nəhəngi ilə 2 illik müqaviləyə imza atıb.

Bosniyalı hücumçunun yeni klubunda ilinə 4 milyon 200 min avro qazanacağı diqqətə çatdırılıb.

Dzekonun 2021-ci ildən formasını geyindiyi “İnter”lə müqaviləsinin müddəti bu ay başa çatıb. O, daha öncə “Volfsburq”, “Mançester Siti” və “Roma”da da forma geyinib. Dzeko Bosniya və Herseqovina yığmasında 129 oyuna 64 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button