İranlı futbolçu ölkəsindən çıxa bilmir – İsrailin hücumuna görə

“İnter”in iranlı hücumçusu Mehdi Taremi ölkəsini tərk edə bilmir.

Komanda.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı, xüsusən, “La Gazzetta dello Sport” nəşri məlumat yayıb.

Taremi Tehrandan Kaliforniyaya uçaraq “İnter”ə qoşulmalı və Klublararası dünya çempionatında iştirak etməli idi. Ancaq təhlükəsizlik səbəbilə İranın hava məkanı bağlanıb. Hazırda “İnter” 32 yaşlı futbolçu ilə əlaqədədir və yaranmış vəziyyəti həll etməyə çalışır.

13 iyun gecəsi İsrail İranın nüvə və raket proqramlarına zərbə endirmək məqsədilə xüsusi hərbi əməliyyata başladığını elan edib. Səhər saatlarında isə İran İsrailə cavab hücumlarına başladığını açıqlayıb.

Hazırda “İnter” ABŞ-da iyunun 15-dən iyulun 13-nə kimi keçiriləcək Klublararası dünya çempionatına hazırlaşır. Turnirdə 32 komanda iştirak edəcək və onlar 8 qrupda mübarizə aparacaq. Milan təmsilçisi ilk oyununu iyunun 18-də “Monterrey”ə qarşı keçirəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button