İranlı hücumçu İtaliyada klubunu dəyişə bilər

“İnter”in hücumçusu Mehdi Taremi karyerasını İtaliyanın başqa klubunda davam etdirə bilər.

Komanda.az “Sky Sport”-a istinadən xəbər verir ki, 33 yaşlı forvardla “Parma” maraqlanır.

“İnter” artıq Taremi üzərində plan qurmur və yay transfer pəncərəsində onu satmağa hazırdır. Onun bazar dəyəri 3,5 milyon avro qiymətləndirilir.

İranlı futbolçu ötən mövsüm “İnter”də 43 oyunda iştirak edib, 3 qol vurub və 9 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla hazırkı müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button