
“İnter”in hücumçusu Fransa klubunda – Rəsmi
“Lans” “İnter”in hücumçusu Martin Satrianonu icarəyə götürüb.
Komanda.az xəbər verir ki, bu barədə Fransa klubunun rəsmi saytı məlumat yayıb.
21 yaşlı futbolçunun icarə müqaviləsi satınalma öhdəliyi ilə 2024/25 mövsümünün sonuna qədər davam edəcək.
Uruqvaylı forvard ötən mövsüm “Brest”də icarə əsasında 36 oyun keçirib, 6 qol vurub və 4 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin