“İnter” Almaniya klubunun hücumçusu ilə maraqlanır
“İnter” “Leyptsiq”in hücumçusu Lua Openda ilə maraqlanır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, hücum xəttini gücləndirmək istəyən italiyalılar bu yaxınlarda belçikalı futbolçunu qısa transfer siyahılarına daxil ediblər. “İnter”in “Çelsi”nin futbolçusu Kristofer Nkunku ilə də maraqlandığı bilinsə də, milanlılar Opendanı daha yüksək səviyyəli oyunçu olaraq görürlər.
25 yaşlı forvard 2024/25 mövsümündə Almaniya klubunun heyətində 45 matçda 13 qol vurub və 11 məhsuldar ötürmə edib.
“İnter” son mövsümü A Seriyasında 2-ci, “Leyptsiq” isə Bundesliqanı 7-ci pillədə başa vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



