“İnter” 33 yaşlı futbolçu üçün danışıqlara başlayıb
“İnter” İngiltərənin “Çelsi” klubunun müdafiəçisi Sesar Aspilikuetanı transfer etməyi düşünür.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 33 yaşlı futbolçu Milan klubunun yay transfer pəncərəsindəki əsas hədəflərindən biridir. Tərəflər məsələ ilə bağlı danışıqlara başlayıblar.
İspaniyalı futbolçu 2012-ci ilin avqustundan London təmsilçisində forma geyinir. O, 2022/23 mövsümündə “zadəganlar”ın heyətində 32 oyuna çıxıb.
Aspilikuetanın “Çelsi” ilə hazırkı müqaviləsi 2024-cü ilin iyun ayının sonuna qədər qüvvədədir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin