MY – “İnter” “marşrut”unda 3-cü futbolçu

İtaliyanın “İnter” klubu “Mançester Yunayted”in futbolçusu ilə güclənmək niyyətindədir.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, “neradzurra” “qırmızı şeytanlar”ın müdafiəçisi Eşli Yanqı heyətinə qatmaq istəyir. Milan klubu 34 yaşlı futbolçuyla bir il yarım müddətinə müqavilə imzalamağa hazırdır. Bu transfer gerçəkləşsə, müdafiəçi son 6 ayda Romelu Lukaku və Aleksis Sançesdən sonra “İnter”ə keçən üçüncü futbolçu olacaq.

2011-ci ildən “Mançester Yunayted”in şərəfini qoruyan ingiltərəli futbolçunun klubla müqaviləsi mövsümün sonunadək nəzərdə tutulub. O, cari mövsümdə iştirak etdiyi 18 oyunda 1 qol, eyni sayda məhsuldar ötürməylə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button