“İnter”in futbolçusunun evi qarət olundu

Futbol üzrə İtaliya yığmasının və “İnter”in yarımmüdafiəçisi Stefano Sensinin evi qarət olunub.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, hadisə A Seriyasının 19-cu turu çərçivəsində keçirilən “Torino” ilə matç zamanı baş verib.

Mətbəxin pəncərəsindən evə daxil olan cinayətkarlar ümumi dəyəri 70 min avro olan qol saatlarını və digər qızıl-zinət əşyalarını oğurlayıblar. 26 yaşlı futbolçuya dəymiş zərər 200 min avro olaraq qiymətləndirilib.

“İnter” “Torino” ilə matçdan 1:0 hesablı qələbə ilə ayrılıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button