“Liverpul” italiyalı futbolçu üçün təklif göndərəcək

“Liverpul” yayda “İnter”in futbolçusu Alessandro Bastoni üçün təklif göndərəcək.

Komanda.az “Fichajes”-ə istinadən xəbər verir ki, Mersisayd təmsilçisi 2023/24 mövsümündə UEFA Çempionlar Liqasında iştirak edə bilməsə, 23 yaşlı italiyalı oyunçunun keçidində çətinliklə üzləşə bilər.

Öncədən müdafiəçi ilə “Real”ın da maraqlandığı bildirilirdi.

Bastoni 2017-ci ilin yayından “İnter”də çıxış edir. Onun klubla hazırkı müqaviləsi 2024-cü ilin yayına kimi nəzərdə tutulub.

“Liverpul” hazırda İngiltərə Premyer Liqasının turnir cədvəlində 35 xalla 8-ci pillədə yer alır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button