“İnter”in futbolçusu Səudiyyə Ərəbistanında oynamaqdan imtina edib
“İnter”in futbolçusu Benjamin Pavar Səudiyyə Ərəbistanından bir sıra klubların maraq dairəsindədir.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, bu ölkənin klubları oyunçunun ətrafı ilə onun mümkün transferini müzakirə ediblər. Lakin Pavar dərhal Səudiyyə Ərəbistanına köçməyə hazır olmadığını bildirib.
Pavarın “İnter”lə müqaviləsi 2028-ci ilə qədərdir və onun transfer dəyəri 50 milyon avro olaraq qiymətləndirilir.
28 yaşlı futbolçu ötən mövsüm “İnter”in heyətində 32 dəfə meydana çıxıb və 3 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin