“Kalyari” ilə oyunda həyatımda ilk dəfə irqçiliyə rast gəldim” – Lukaku
“İnter”in futbolçusu Romelu Lukaku son zamanlarda stadionlarda yaşanan irqçiliklə bağlı açıqlama verib.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, belçikalı hücumçu, İngiltərədə irqçilik məsələsinin daha çox nəzarətdə saxlanıldığını və eyni sistemin İtaliyada da tətbiq olunmasının lazım olduğunu deyib:
“Kalyari” ilə oyunda həyatımda ilk dəfə irqçiliyə rast gəldim. Təbii ki, kədərli hadisədir. Biz fərqli dinə, rəngə, irqə məxsus futbolçularla bir yerdəyik. Başqa cürünü fikirləşmək mənasızdır.
İngiltərədə bütün azarkeşləri çəkən kameralar var. Bu səbəbdən də, irqçilik edən və ya başqa bir şey edən azarkeşi axtarmaq problem olmur”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin