“İnter”dən ayrıldı, ölkəsinə qayıtdı – Yeni klubu məlumdur
“İnter”in futbolçusu Fakundo Kolidio karyerasını “River Pleyt”də davam etdirəcək.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Argentina təmsilçisi forvardla müqavilə imzaladığını açıqlayıb.
Argentinalı Kolidio 2017-ci ildə ölkəsindən ayrılıb və İtaliyanın “İnter” klubunun gənclərdən ibarət komandasında çıxış edib.
O, başa çatan mövsümü icarə əsasında “Tiqres”də keçirib, 28 oyuna çıxıb, üç qol vurub və iki məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin