“Kim Messiylə oynamaq istəməz ki?”
“İnter”in futbolçusu Lautaro Martinesin meneceri Beto Yake müştərisinin “Barselona”ya transfer olunacağı iddiaları haqda danışıb.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Yake, argentinalı hücumçu haqda çıxan transfer xəbərlərini təkzib edib:
“İspaniyadan, İngiltərədən, İtaliyadan çoxlu insanlar zəng edir. Mətbuatda çıxan xəbərləri oxuyuruq, hamısı şayiədir. Heç bir şey bilmirik. Martinesin tək düşündüyü oynamaq və qol vurmaqdır. Onunla başqa bir kluba keçmək və ya “İnter”lə müqavilə imzalamaq haqda danışmamışıq.
Müxtəlif klubların nümayəndələri ilə görüşmüşük, söhbət etmişik, ancaq bunların heç biri rəsmi görüş olmayıb. Sadəcə tanışlıq məqsədiylə keçirilən görüşlər idi.
Kim Lionel Messiylə oynamaq istəməz ki? Martines təmkinlidir, özünü sakit aparır. Onunla böyük klubların maraqlanması məni təəccübləndirmir. Futboldur, hər şey mümkündür”.
Martineslə “Barselona” və “Çelsi” yaxından maraqlanır.
Bizi Facebook-da izləyin