“İnter”in hücumçusundan İkardiylə bağlı açıqlama
“İnter”in futbolçusu Lautaro Martines yay transfer pəncərəsi dövründə icarə əsasında PSJ-yə keçən Mauro İkardi haqda açıqlama verib.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, argentinalı hücumçu, İkardinin “İnter”də qalmaq istədiyini deyib:
“İkardi “İnter”də qalmaq istəyirdi. Klubla dəfələrlə danışıqları olub və o, həmişə oynamaq istədiyini deyirdi”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin