Eriksen “İnter”də oynaya biləcək?

“İnter”in futbolçusu Kristian Eriksen gələn həftə kluba qoşulacaq.

Komanda.az xəbər verir ki, danimarkalı yarımmüdafiəçi həkim müayinəsindən keçəcək və bəzi testlər verəcək. Bu barədə İtaliya mətbuatı məlumat yayıb. Bu testlərin nəticəsindən asılı olaraq Eriksenin A Seriyasında iştirak etməsinin mümkün olub-olmayacağı müəyyənləşəcək.

Eriksenin testlərinin nəticəsi yaxşı olacağı halda, o, 6 ay sonra məşqlərə başlaya biləcək.

AÇ-2020-nin Danimarka – Finlandiya matçında (0:1) huşunu itirən və daha sonra ürəyindən əməliyyat olunan danimarkalı futbolçu Kristian Eriksenə kardioverter-defibrillyator (İCD) qoşulub. Kardioverter-defibrillyator nizamsız ürək ritmini tənzimləməyə kömək etmək üçün sinəyə qoyulan kiçik bir cihazdır. Cihaz ürəyin qəfildən dayanmasının da qarşısını alır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button