“Kontedən niyə oynamadığımı soruşun” – “İnter”in futbolçusu
“İnter”in futbolçusu Kristian Eriksen açıqlama verib.
Komanda.az xəbər verir ki, “Football İtalia” portalına danışan danimarkalı yarımmüdafiəçi, oyun praktikasının azlığından şikayətçi olub:
“Kontedən niyə oynamadığımı soruşun. Qərarları o verdiyi üçün onu tapın və danışdırın. Futbolda hər şey olur, qalxa da bilərsən, aşağı enə də. Yalnız bir neçə futbolçu daim zirvədə ola bilər”.
Bu ilin yanvarında “Tottenhem”dən “İnter”ə keçən Eriksen, cari mövsümdə A Seriyasında 4 oyuna çıxıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin