“İnter”in futbolçusu koronavirusa qalib gəldi
İtaliyanın “İnter” klubunun koronavirusa yoluxan futbolçusu Aleksandar Kolarov sağalıb.
Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, 35 yaşlı futbolçunun koronavirus testinin nəticəsi neqativ olub. Futbolçu komandaya qoşulmazdan əvvəl yenidən tibbi müayinədən keçəcək.
İtaliya A Seriyasının növbəti turu çərçivəsində keçiriləcək “Bolonya” ilə matçı buraxacaq Kolarov, gələn həftənin əvvəlindən komandaya qoşula biləcək.
“İnter” – “Bolonya” oyunu bu gün, saat 23:45-də start götürəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin