“İnter”dən “Monako”ya
“İnter”in futbolçusu Joao Mario karyerasını Fransada davam etdirə bilər.
Komanda.az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi “Monako”ya keçməyə yaxındır. Bu barədə Fransa mətbuatı məlumat yayıb.
Mario ilə “Vilyarreal”, “Selta”, “Bayer” və “Leyptsiq” də yaxından maraqlanır. Ancaq portuqaliyalı futbolçunun ilk seçiminin “Monako” olduğu bildirilir.
2016-cı ildən “İnter”də çıxış edən Mario, son mövsümdə İtaliya A Seriyasında 20 qarşılaşmada iştirak edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin