“İnter”in futbolçusu ilə bağlı araşdırma başladı
“İnter”in futbolçusu Aleksis Sançes vergidən yayınmaqda günahlandırılır.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, çilili futbolçu “Barselona”da forma geyinən zaman vergidən yayınıb. Onun konkret olaraq 2012-2013-cü illərdə 887 min poundu ödəmədiyi bildirilir. Bununla bağlı futbolçunun haqqında araşdırma başladılıb.
Sançes 2011-2014-cü illərdə “Barselona”nın şərəfini qoruyub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin