Çalhanoğlu: “İnter” üçün ən yaxşısını etmək istəyirəm”
“İnter”in futbolçusu Hakan Çalhanoğlu İtaliya A Seriyasının ilk turu çərçivəsində “Cenoa”ya qarşı keçirdikləri oyunu şərh edib.
Komanda.az xəbər verir ki, türkiyəli yarımmüdafiəçi, 4:0 hesabıyla qələbə qazandıqları matçdan sonra bunları deyib:
“İnter” azarkeşlərinin bizdən çox şey gözlədiyini bilirəm. 45 gündür çalışırıq və yaxşı başladıq, güclü idik. Bütün azarkeşlərimizə təşəkkür edirəm. Mənim yanımda olduqlarını hiss etdirdilər.
“İnter” üçün ən yaxşısını etmək istəyirəm. Çox yaxşı hazırlaşmışıq. Baş məşqçimiz Simone İnzaqinin məndən çox şey gözlədiyini bilirəm. O, bu komanda üçün ən yaxşısını edəcək. Təcrübəli futbolçularıq və belə kollektivlə oynamaq rahatdır”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin