Eşli Yanq yenidən İngiltərədə?
“İnter”in futbolçusu Eşli Yanq yeni mövsümdə karyerasını İngiltərədə davam etdirə bilər.
Komanda.az xəbər verir ki, “Uotford” klubu 35 yaşlı yarımmüdafiəçini heyətinə qatmaq istəyir. Bu barədə İtaliya mətbuatı məlumat yayıb. Eşli Yanq özü də yetirməsi olduğu kluba qayıtmağa müsbət yanaşır.
Yanq 2003-2007-ci illər aralığında “Uotford”da çıxış edib. İngilis futbolçu daha sonra “Aston Villa” və “Mançester Yunayted” klublarına keçib. Yanq 2020-ci ilin yanvarından “İnter”dədir.
“İnter”lə müqaviləsi yaya qədər olan Yanq bu mövsüm A Seriyasında 23 oyuna çıxıb.
Bu mövsüm Çempionşipdə çıxış edən “Uotford” Premyer Liqaya yüksəlib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin