“İnter”in oyunçusu Ermənistanda ilin futbolçusu seçilib
“İnter”in yarımmüdafiəçisi Henrix Mxitaryan 2024-cü ildə Ermənistanın ən yaxşı futbolçusu seçilib.
Komanda.az Ermənistan Futbol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, o, artıq 12-ci dəfədir ki, bu adı alır.
İkinci yerdə 62 xalla Slovakiya “Slovan”ının yarımmüdafiəçisi Tiqran Barseqyan qərarlaşıb.
İlk üçlüyü 24 xalla “Krasnodar”ın yarımmüdafiəçisi Eduard Spertsyan tamamlayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin