
Üzünü dağıtdılar, nömrəsini sildilər FOTOLAR
“İnter”in futbolçusu Aleksis Sançesin Çilidəki heykəli xuliqanlar tərəfindən zərər görüb.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, 31 yaşlı hücumçunun doğma şəhəri – Tokopilyada olan heykəlin üzünə və sağ ayağına zərər vurulub. Heykəlin sinəsində olan 7 nömrə isə silinib.
Sançesin heykəli 2017-ci ildə ucaldılıb.
İcarə əsasında hazırda “İnter”də forma geyinən Sançes, bu mövsüm A Seriyasında 3 oyuna çıxıb. Çilili hücumçu müqavilə ilə “Mançester Yunayted” klubuna məxsusdur.



Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin