“İnter”in futbolçusu ağır zədə alıb

“İnter”in və Polşa millisinin yarımmüdafiəçisi Pyotr Zelinski İtaliya çempionatının 28-ci turunda “Monza” ilə oyunda (3:2) ciddi zədə alıb.

30 yaşlı yarımmüdafiəçi 70-ci dəqiqədə meydana çıxsa da, üç dəqiqə sonra zədə səbəbindən əvəzlənib.

Komanda.az “La Gazzetta dello Sport”-a istinadən xəbər verir ki, Zelinski baldır əzələsindəki zədə səbəbindən bir ay yarımdan iki aya qədər meydana çıxa bilməyəcək.

“İnter”dəki ilk mövsümündə Zelinski bütün yarışlarda 33 matçda 2 qol vurub və 3 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button