“İnter”in futbolçusu AÇ-də ən yaxşı seçildi
AÇ-2020-nin D qrupu çərçivəsində keçirilən Polşa – Slovakiya matçının ən yaxşı futbolçusu müəyyənləşib.
Komanda.az xəbər verir ki, Slovakiya yığmasının müdafiəçisi Milan Şkrinyar bu görüşün ən yaxşısı seçilib.
Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb. 26 yaşlı mərkəz müdafiəçisi bu matçın 69-cu dəqiqəsində komandasının qələbə qoluna imza atıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin