PSJ onun üçün “İnter”ə 70 milyon avro ödəyəcək

“İnter”in futbolçusu Əşrəf Hakimi karyerasını Fransada davam etdirməyə yaxındır.

Komanda.az xəbər verir ki, PSJ klubu 22 yaşlı müdafiəçi ilə razılıq əldə edib. Bu barədə İtaliya mətbuatı məlumat yayıb. Paris təmsilçisinin Hakimi ilə yaxın zamanda rəsmi müqavilə imzalayacağı bildirilib.

PSJ Hakimi üçün “İnter”ə bonuslarla birlikdə 70 milyon avro ödəyəcək. Müdafiəçi yeni klubunda illik 8 milyon avro qazanacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button