“İnter”in futbolçusu əməliyyat olundu

“İnter”in müdafiəçisi Milan Şkrinyar onurğa sütunundan əməliyyat olunub.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, yaxın həftələrdə reabilitasiya proseduru keçirəcək. Futbolçunun hansı tarixdə yaşıl meydanlara qayıdacağı hələlik məlum deyil.

Öncədən 28 yaşlı oyunçunun belində olan problemlər səbəbindən mövsümün qalan hissəsini buraxacağı bildirilirdi. Eyni zamanda, slovakiyalının adı PSJ ilə hallanırdı.

Şkrinyar 2022/23 mövsümündə Milan təmsilçisinin heyətində bütün turnirlər daxil olmaqla 31 oyuna çıxıb və bir məhsuldar ötürmə edib.

Onun klubla müqaviləsi 2023-cü ilin yayınadək nəzərdə tutulub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button