“İnter”in finaldakı rəqibi bəlli oldu

İtaliya kubokunda yarımfinal mərhələsinə yekun vurulub.

Komanda.az xəbər verir ki, ikinci yarımfinal görüşündə “Fiorentina” doğma meydanda “Kremoneze” ilə qarşılaşıb.

Cavab görüşü qolsuz bitib. Nəticədə səfərdə 2 cavabsız qolla qalib gəlmiş “Fiorentina” finala çıxıb.

Daha öncə “İnter” “Yuventus”u mübarizədən kənarlaşdıraraq finala yüksəlmişdi. Beləliklə, mayın 24-də baş tutacaq həlledici oyunda “İnter”lə “Fiorentina” qarşılaşacaq.

İtaliya kuboku
Yarımfinalın cavab oyunları

26 aprel

İnter – Yuventus 1:0
Qol
: Dimarko, 15.
İlk oyun – 1:1.

27 aprel

Fiorentina – Kremoneze 0:0
İlk oyun – 2:0.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button