“İnter”in Çempionlar Liqasındakı qazancı məlum olub

“İnter” bu il UEFA Çempionlar Liqasının yeni formatına uyğunlaşıb və artıq yarımfinala yüksəlib. Komanda bu mərhələdə hazırda 113 milyon avro qazanc əldə edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Milan klubu finala çıxarsa, əlavə 18 milyon avro daha qazanaraq, ümumilikdə 132 milyon avroya yaxın gəlir əldə edə bilər.

Simone İnzaqinin komandası bunun üçün “Barselona”nı yarımfinalın cavab matçında (ilk oyun, 3:3) məğlub etməli və mübarizədən kənarlaşdırmalıdır.

“İnter” Çempionlar Liqasını sonuncu dəfə 2010-cu ildə qazanıb, 2023-cü ildə isə yenidən bu turnirin finalında iştirak edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button