
“Şerif”in qələbələri təsadüf deyil” – İnzaqi
“İnter”in baş məşqçisi Simone İnzaqi Çempionlar Liqasında Moldovanın “Şerif” komandasına qarşı keçirəcəkləri oyunla bağlı açıqlama verib.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, İnzaqi, “Şerif”in qələbələrinin təsadüfi olmadığını deyib:
“Şerif”in qələbələri təsadüf deyil. Bilirik ki, onlar oyunlara böyük həvəs və istəklə çıxırlar. İtaliyaya da bu hisslərlə gəliblər.
“Şerif” dərin müdafiə olunacaq və bizi əks-hücumlarda yaxalamaq istəyəcək. Yaxşı hücum etməliyik. Oyunun əhəmiyyətini və xal qazanmağın vacibliyini dərk edirik”.
Bu gün keçiriləcək “İnter” – “Şerif” matçı saat 23:00-da başlayacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin