“Milan”a qarşı 10 dəfə oynasaq, cəmi bir dəfə uduzarıq” – İnzaqi

“İnter”in baş məşqçisi Simone İnzaqi A Seriyasında “Milan”a uduzduqları matçla bağlı fikirlərini bildirib.

Komanda.az xəbər verir ki, “Football İtalia” nəşrinə danışan İnzaqi, 1:2 hesabıyla bitən oyunu belə şərh edib:

“Bu, futboldur. Rəqibi bütün komponentlərdə üstələdik. Lakin sonda vəziyyət dəyişdi. İlk qolda bəxtləri gətirdi, ikincidə isə ağıllı oynadılar.

Əsl derbi gördüm. 60 dəqiqə ərzində oyun bir tərəfdə gedirdi. Uşaqlar qol vurmaq istəyir, qəzəblənirdilər. Aleksis Sançesin epizodunda yüz faizlik cərimə var idi. Bundan sonra diqqətimiz pozuldu. Son 25 dəqiqədə kəsərli ola bilmədik, vəziyyət nəzarətdən çıxdı. Oyun daha açıq olmağa başladı. Və rəqib iki qol vurub, qələbə qazandı.

Ağrılı məğlubiyyət oldu. Böyük komandalar səhvlərini təhlil etməli, dərs çıxarmalıdırlar. “Milan”a qarşı 10 dəfə oynasaq, cəmi bir dəfə uduzarıq. Derbinin nə qədər vacib olduğunu bilirik. Məğlubiyyətə layiq deyildik, amma futbol belədir”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button