“Futbolçularım əllərindən gələni etdilər, ancaq olmadı” – Konte
“İnter”in baş məşqçisi Antonio Konte Çempionlar Liqasının qrup mərhələsinin sonuncu turu çərçivəsində “Şaxtyor”a (Ukrayna) qarşı keçirdikləri oyunu şərh edib.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Konte, 0:0 hesabıyla bitən görüşdən sonra bunları deyib:
“Şaxtyor”la oynadığımız iki oyunda da qol vura bilmədiyimizə inana bilmirəm. Çempionlar Liqasında hakimlər və VAR baxımından şansımız yox idi. Qrupdan çıxmaq arzumuzun az olmasına inanmıram. Futbolçularım əllərindən gələni etdilər, ancaq olmadı”.
B qrupunda “Real” (İspaniya), “Borussiya” (Münhenqladbax, Almaniya) və “Şaxtyor”la (Ukrayna) mübarizə aparan “İnter” qrupu sonuncu pillədə bitirərək, turnirlə vidalaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin