İnzaqi: “İnter”in baş məşqçisi olmağın nə demək olduğunu bilirəm”

“İnter”in baş məşqçisi Simone İnzaqi UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda “Feyenoord”u məğlub edərək 1/4 finala yüksəldikdən sonra futbolçularının çətin matçlarda belə, yaxşı çıxış etdiyini bildirib.

Komanda.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, italiyalı çalışdırıcı oyunçularının əla çıxış etdiklərini söyləyib:

“Biz daha da irəli getmək istəyirdik və oyunçular əla çıxış etdilər. Mən onlara etdikləri hər şeyə görə təşəkkür edirəm. Bütün çətinliklərin öhdəsindən necə gəldiklərinə görə. “İnter”in baş məşqçisi olmağın nə demək olduğunu bilirəm. Axı bu, komandanın “sükanı arxasında” 200-cü matçım idi. Arxamızda çoxlu sevinclər və məyusluqlar var, amma hər matçda “İnter”in baş məşqçisinin adını ucaltmağa çalışırsan”.

İnzaqi “İnter”i Çempionlar Liqasının 2022/23 mövsümündə finala çıxarsa da, “Mançester Siti”yə 0:1 hesabı ilə məğlub olmuşdu. Bu dəfə isə ən azı finala qədər İngiltərə komandası olmayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button