Konte narazıdır: “İşlər istədiyimiz kimi getmir”
“İnter”in baş məşqçisi Antonio Konte İtaliya mətbuatına açıqlama verib.
Komanda.az xəbər verir ki, Konte, transferdə digər klublardan geridə qaldıqlarını deyib:
“Hazırda işlər istədiyimiz kimi getmir. Bunu inkar etməyin mənası yoxdur. Gələn və gedən oyunçularla bağlı hələ böyük problemlər var.
Planlarımızın olduqca gerisindəyik. Ayrılıqlara üstünlük verib, işlərimizi sürətləndirməliyik. Digər komandalarla rəqabət edə bilmək üçün çox şey etməliyik”.
İtaliya mətbuatının xəbərinə görə, Kontenin əsas narazılığı Raca Nainqqolan və Mauro İkardinin hələ komandadan ayrılmaması ilə bağlıdır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin