“Bu qrupun favoriti deyilik, amma…” – Konte
“İnter”in baş məşqçisi Antonio Konte Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turunda “Borussiya”nı (Dortmund) məğlub etdikləri oyundan sonra fikirlərini bildirib.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Konte, 2:0 hesabıyla qələbə qazandıqları görüşü belə şərh edib:
“Borussiya” oyuna beş müdafiəçi ilə başladı. Bu, bizdən qorxduqlarını və sistemi dəyişdirmək məcburiyyətində qaldıqlarını göstərir. Çox fərqli oyuna hazırlaşmışdıq, ancaq tez uyğunlaşdıq.
“Borussiya” çox yaxşı komandadır. Uşaqlar həqiqətən yaxşı iş gördülər, ancaq hələ qrupdan çıxmağımız çətindir. Bu qrupun favoriti deyilik, amma sona qədər mübarizə aparmağa hazırıq.
Çətin dönəmdən keçirik. Zədəli futbolçularımızın çoxluğundan əziyyət çəkirik. Bunlara baxmayaraq, yaxşı oyun sərgiləyirik, çox xoşbəxtəm”.
“İnter” Çempionlar Liqasının F qrupunda “Barselona”, “Borussiya” və “Slaviya” ilə mübarizə aparır.
Bizi Facebook-da izləyin